Çərşənbə, 15 May

"Lazımsız dərmanlar uşaqlarda qastritə səbəb olur" - Həkim

image

“Hər il olduğu kimi bu il də payız və qış aylarında həm uşaq, həm də böyüklərdə immunitetin zəifləməsi baş verir”.

Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova "Uşaqlar və COVID-19 " mövzusunda çıxışında deyib. O bildirib ki, uşaqların immun sistemin güclənməsi üçün onların gün rejiminə, qidalanmasına diqqət edilməlidir: “Balanslaşdırılmamış qidalanma uşaqların immun sisteminin zəifləməsinə səbəb olur. Körpə uşaqların ana südü ilə qidalanmasına, daha böyük uşaqlarda isə düzgün qidalanmaya diqqət etmək lazımdır. Həmçinin ailədə stress az olmalıdır, kiçik yaşlı uşaqlar təmiz havaya çıxarılmalıdır”.

Şöbə müdiri qeyd edib ki, uşağın iştahı olmayanda vitamin verirlər , amma bu, doğru deyil: “Həkim məsləhət görmədən vitaminin verilməsi də fəsadlara gətirib çıxara bilər. Elə vitamin var ki, onlar bədəndən çıxmır, orqanizmdə yüklənib qala, ciddi fəsadlar ortaya çıxara bilər. İltihab əleyhinə lazımsız dərmanlar uşaqlarda qastrit xəstəliyinə səbəb olur. Koronavirusa görə indi hamı təlaşdadır. Buna görə insanlar lazım gəlmədikdə belə antibiotiklərdən istifadə edirlər. Bunların çox ziyanları var. Eləsi var ki, azyaşlı uşağa ümumiyyətlə tövsiyə olunmur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00